Novruz Məmmədovdan qərar –   Bunu etməyənlər məsuliyyətə cəlb olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Novruz Məmmədovdan qərar – Bunu etməyənlər məsuliyyətə cəlb olunacaq

İqtisadiyyat

30 İyun 2019 16:28 4091


İcbari qaydada sığortalanmaya nəzarət gücləndiriləcək, daşınar və daşınmaz əmlakı icbari qaydada sığorta etdirməyənlər inzibati məsuliyyətə cəlb ediləcəklər.

“Yeni Sabah” məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş "Sığorta sektorunun inkişafına dair 2019–2021-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə qeyd edilir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  Dövlət Gömrük Komitəsi, Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları 2019-2020-ci illərdə İnzibati Xətalar Məcəlləsinə əsasən icbari qaydada sığorta müqaviləsi bağlamayan şəxslərin inzibati məsuliyyətə cəlb edilməsini təmin etməlidir. pizza mizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!