Ödənişli zonalar ilkin olaraq bu ərazilərdə tətbiq olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Ödənişli zonalar ilkin olaraq bu ərazilərdə tətbiq olunacaq

İqtisadiyyat

22 Sentyabr 2025 12:28 9536


“Ödənişli zonalar məsələsi yeni deyil. İnkişaf etmiş ölkələrdə də bu sistem var”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, yeni yanaşma ilkin olaraq Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində nağdsız ödəniş sisteminə keçirilmiş sıxılmış təbii qazla və elektrik mühərriki ilə təchiz edilmiş avtobuslara tətbiq ediləcək. pizza sifarişi

“Gəncə şəhərinin inzibati ərazisinə münasibətdə, həmçinin istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobusların sistemin əhatə dairəsinə daxil edilməsi nəzərdə tutulub. Gün ərzində ətraf ərazilərdən Bakıya 300 mindən çox avtomobil daxil olur. Bunlardan 100 mindən çoxu Sumqayıt-Xırdalanın payına düşür. 200 min avtomobil isə ətraf ərazilərdən Bakı şəhərinə daxil olur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ramiz Arif Ələkbərov
    Diqqətinizə çatdırıramki, Ailəmizin sosial-maddi vəziyyətinin çox ağır olduğunu,özümdə 3(üç) dəfə ağır cərrahiyyə əməliyyatı olunaraq həkim nəzarətində olunduğumu Xəsili bələdiyyəsinin Hacallı kəndi ərazisindən olan Bələdiyyənin ehtiyat fondundan əkib-becərməyə 2(iki)hektar torpaq sahəsi ayrılaraq mənə xüsusi mülkiyyətə verilməsinə köməklik göstərməyi haqqında Bərdə rayon xəsili Bələdiyyəsinin sədri cənab Rəfayıl Bəylərova 24 May 2025 ci il tarixli SS875914202AZ saylı məktubla müraciət etmişəm. Diqqətinizə çatdırıramki,Bərdə rayon Xəsili bələdiyyəsinin sədri Cənab Rəfayıl Bəylərovun mənə göndərdiyi 09saylı 30.05.2025-ci il tarixli məktubda qeyd edirki, sizin Xəsili bələdiyyəsinə ünvanladığınız ərizənizə Xəsili bələdiyyəsində baxılmışdır.Xəsili bələdiyyəsi 30.05.2025-ci il tarixli 05 saylı iclasında qərar qəbul edərək sizin ərizədə qeyd etdiyiniz 2.0 ha torpaq sahəsi barədə 30.05.2025-ci il tarixli 08 saylı məktubla Daşınmaz Əmlakın kadastrı və Reyestri publik hüquqi şəxsin 7saylı Bərdə ərazi idarəsinə 2.0 ha torpaq sahəsinin sənədlərinin hazırlanmasını xahiş edildiyini qeyd edir. Diqqətinizə çatdırıramki,iqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri dövlət xidmətinin daşınmaz əmlakın dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin Rəis müavini Cənab Elşad Məmmədovun mənə göndərdiyi 5sentyabr 2025-ci il tarixli 3-21-3-02/2-ə-1354/04-8/2025 saylı məktubunda qeyd edirki,Daşınmaz əmlakın dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 7saylı Bərdə ərazi idarəsi tərəfindən Bərdə rayon Xəsili bələdiyyəsinin 2.0 ha torpaq sahəsinə dair sənədlərinin hazırlanıb- hazırlanmamasına dair məlumatın verilməsi barədə Azərbaycan Respublikası iqtisadiyyat nazirliyinə ünvanladığınız 18.08.2025-ci il tarixli müraciətə aidiyyəti üzrə baxılmışdır.Nəzərinizə çatdırıramki,Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanunun 5.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət Reyestrində məlumatlar yazılı vəya elektron formada hüquqi sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüququ sahibinin əmlakına qanun vəya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı vəya elektron müraciətləri həmçinin Azərbaycan Respublikası tarif(qiymət) şurasının daşınmaz əmlakın qeydiyyatı,texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tariflərinin tənzimlənməsi barədə 31 iyul 2023-cü il tarixli 5nömrəli qərarının müvafiq bəndinə uyğun olaraq xidmət haqqı məbləği ödənildiyi təqdirdə verilir. Bildiririk,sözü gedən məsələ ilə bağlı aidiyyəti üzrə Bərdə rayon Xəsili Bələdiyyəsinə müraciət etməyimi məqsədə müvafiqdir.Biildirərək qeyd edir. Buna görədə qeyd edirəmki, mənə torpaq sahəsinin ayrılmasına köməklik etmək Bərdə rayon Xəsili Bələdiyyəsinin rəhbər şəxslərinə maraqlı deyil . Görünən odurki Bərdə rayon Xəsili Bələdiyyəsinə məxsus Hacallı kəndinə bitişik ərazidə yerləşən 0,30 ha torpaq sahəsi xəsili Bələdiyyəsinin rəhbər şəxslərinə yaxın olan şəxs tərəfindən paytorpağı kimi mənimsilənilib ətrafı xəndəklənərək arpa əkilmişdir.Həmin torpaq sahəsi 2023-cü ildə mənim müraciətim əsasında Əmlak məsələləri dövlət xidməti tərəfindən aşkarlanmışdır.Buna Bərdə rayon Xəsili Bələdiyyəsinnin rəhbər şəxisləri tərəfindən bilərəkdən müdaxilə edilmir. Güman edirəmki, hələdə Hacallı kəndində bələdiyyə torpaqları gizli şəkildə paytorpağı kimi istifadə edilməsi ehtimalı var. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası qanunun 4.maddəsinin 1-ci və2-ci bəndinə əsasən ailəmizin sosial-maddi cəhətdən ağır bir vəziyyətdə yaşaması özüm və azyaşlı övladımın ağır xəstəlikdən əziyyət çəkdiyi bir halda Xəsili Bələdiyyəsi ailəmizə sosial-maddi cəhətdən heçbir köməklik göstərmir.Buna görədə müraciətimin saytınızda işıqlandırılmasını xahiş edirəm. HÖRMƏTLƏ: ələkbərov Ramiz Arif oğlu Bərdə rayon Hacallı kəndi Tel:050-569-25-48 24.09.2025
    8 months ago
  • Fərid
    Salam əgər bölgələrdən bu qədər maşının gəlişinin qarşısı alınsa belə şəhərdə yenə sıxlıq olacaq təkminləşmiş ölkələrdə bir bölgədən digər bölgəyə ödəniş təyin etmək vətəndaşın da maddi cəhətdən sıxıntıya salır rayonlarmızda işsizlik və maddiyat əziyyət verir ... Şəhərdə suni txaclar buna səbəbdi və yəqin ki yaxın gələcəkdə körpülü yollar çəkilər ölkəmizə
    8 months ago
  • Yusif
    Bu nə deməkdi odenişli yol xaricdə vardeye bizd de palıdı bele iş olar xaricdə pul var bizde ne var acinnan günorta duruq maksimum maaş 500 du bilmirsən hara çatdırasan her şey od bahasına hele islemeyenler var onlar neyneyecek bəsdirin ya xaricnen Azərbaycanı bir tərəziyə qoymayın ne vaxt xaricdəki kimi iş yerləri acsaz maaş yüksək versəz onda da bir tərəzidə baxarsiz millet acinnan olur bunlar gündə bir qanun çıxarır qanunun da hamısı ancaq pul pul pul 2manat pul verirler da bilmirlər necə geri alsinlar
    8 months ago