“Ölüm Vadisində” qadın ultramarafonçu tarix yazdı

saytların hazırlanması

Evə çatdırılma

“Ölüm Vadisində” qadın ultramarafonçu tarix yazdı

İdman

15 İyul 2025 17:38 523


Dünyanın ən isti bölgələrindən biri olan ABŞ-ın Kaliforniya ştatındakı “Ölüm Vadisi” (Death Valley) bu dəfə qeyri-adi bir idman uğuruna şahidlik edib.

Yenisabah.az xəbər verir ki, amerikalı ultramarafonçu Camilla Sands 217 kilometr uzunluğundakı "Badwater 135" yarışını tamamlayaraq yeni rekord qırıb.

Sands bu məsafəni 21 saat 3 dəqiqə ərzində qaçaraq, yarış tarixində qadınlar arasında ən yaxşı nəticə göstərib. pizza sifarişi

"Badwater 135" marafonu dünyanın ən çətin qaçış yarışlarından biri hesab olunur. Marafonun marşrutu ABŞ-ın ən aşağı nöqtəsi sayılan Ölüm Vadisindən başlayaraq, 2500 metr hündürlüyə qədər uzanır. Üstəlik, yarış zamanı hava temperaturu 55 dərəcəyə qədər yüksələ bilir.

Müsabiqəyə qatılan idmançılar yalnız istiyə qarşı deyil, həm də susuzluq, fiziki yorğunluq və sərt relyeflə mübarizə aparırlar.

Camilla Sands yarış sonrası açıqlamasında bildirib:

“Bu sadəcə bir fiziki dözümlülük yarışı deyil. Həm də psixoloji olaraq insanı sınağa çəkir. Bu rekordu qırmaq mənim üçün təkcə idman uğuru deyil, həm də daxili qələbədir.”

Qeyd edək ki, yarışa dünyanın müxtəlif ölkələrindən yüzlərlə peşəkar ultramarafonçu qatılıb. Lakin ekstremal şərait səbəbindən finişə çatanların sayı az olub.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!