Oqtay Əsədov boksda

saytların hazırlanması

Evə çatdırılma

Oqtay Əsədov boksda

İdman

21 İyun 2019 14:32 1081


İyunun 21-də ikinci Avropa Oyunlarının birinci günündə kişi boksçuların yarışları start götürüb.

“Yeni Sabah” Azərtac-a istinadən xəbər verir ki, boksçularımızdan ilk olaraq Tayfur Əliyev (56 kq) mübarizəyə başlayıb. O, onaltıdabir finalda bolqarıstanlı Boyan Asenova 3:2 hesabı ilə qalib gəlib.

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, Gənclər və İdman naziri Azad Rəhimov və nümayəndə heyətimizin üzvləri boksçumuzun qarşılaşmasına baxıblar. Toyuqlu pizza

Səkkizdəbir finalda Tayfur Əliyevin rəqibi ukraynalı Mikola Butsenko olacaq. Həmin qarşılaşma iyunun 24-də keçiriləcək.

Xatırladaq ki, Oyunların birinci günündə rinqə çıxacaq digər iki boksçumuz Rahil Məmmədov (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) da Bolqarıstan idmançıları ilə qarşılaşacaqlar. R.Məmmədovun rəqibi Radoslav Panteleyev, M.Abdullayevin rəqibi isə Petar Belberov olacaqlar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!