Otuz min yeni iş yeri açılacaq

saytların hazırlanması

Evə çatdırılma

Otuz min yeni iş yeri açılacaq

Sosial

06 Mart 2019 19:26 821


Yaxın illərdə Azərbaycanın əmək bazarı əhəmiyyətli dərəcədə genişlənəcək.

“Yeni Sabah” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda “İqtisadiyyatın şaxələndirilməsi – özəl sektorun rolu” forumunda deyib.

Nazir bildirib ki, ölkədə qeyri-rəsmi məşğulluqla mübarizə çərçivəsində həyata keçirilmiş islahatlar nəticəsində bu ilin ilk iki ayı ərzində əmək müqavilələrinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 53 min çox olub: pizza sifarişi

“Vergi sahəsində həyata keçirilmiş islahatlar da əmək bazarının vəziyyətinə müsbət təsir göstərəcək. Hesab edirik ki, yaxın illərdə əmək bazarını əhəmiyyətli dərəcədə genişləndirə biləcəyik”.

S.Babayev əlavə edib ki, “İşsizin DOSTu” proqramı çərçivəsində otuz min yeni iş yerinin açılması nəzərdə tutulur ki, bu da vətəndaşların məşğulluq səviyyəsini artıracaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!