Partiya sədri: “Dubayda otelin yanması ABŞ-nin vecinə deyil”

saytların hazırlanması

Evə çatdırılma

Partiya sədri: “Dubayda otelin yanması ABŞ-nin vecinə deyil”

Siyasət

03 Mart 2026 16:15 403


“İrana qarşı aparılan qanunsuz əməliyyatlar davam etdikcə, beynəlxalq media bu münaqişənin qloballaşma təhlükəsindən, hətt 3-cü Dünya savaşına çevrilmə ehtimallından yazırlar – məncə, tamamən səhv yanaşmadır”.

“Yeni Sabah” xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının sədri Natiq Cəfərli yazıb.

O bildirib ki, İsrail və İran arasında baş verən Üçüncü dünya müharibəsi deyil: Sezar pizza

“Əvvəla, klassik dünya müharibəsi olması üçün İranın yanında böyük müttəfiqlər olmalıdır – Rusiya və Çin yanında deyillər, olmayacaqlar da, hər iki ölkənin nə qədər zəif olduğu üzə çıxır və bu başqa ölkələrə də mesajdır ki, Rusiya və Çindən müttəfiq olmaz, əvvəl Suriya, sonra Venesuela, indi İran, bir neçə həftəyə Kuba bu tezisi sübut edir.

İkincisi, tam tərsinə münaqişə lokallaşıb, çünki, ən azı 7-8 il əvvəldən başlayan plandır. İlk əvvəl İranın bölgədəki “proksiləri” zəiflədildi, hətta böyük ölçüdə sıradan çıxarıldı. Ardınca Suriya əməliyyatı İranı xeyli zəiflətdi, Livanda “Hisbollah”, Yəməndə “Husilər” vuruldu və güc itirdilər. Ona görə də, bölgədə qlobal “yanğının” qarşısı əvvəlcədən alındı, münaqişə lokallaşdı, İran üzərində fokuslandı”.

Siyasətçi vurğulayıb ki, Dubayda otelin yanması ABŞ-ın çox da vecinə deyil:

“Hə, deyə bilərsiniz ki, İran bütün ətraf ölkələr raket-dron atır, bu elə münaqişəni qloballaşdırır - bu “optik yanlışlıqdır”. Körfəz ölkələri tarixən İranla, yumşaq desəm, yola getmirdilər və İranın otelə, binaya, hava limanına vurduğu zərər və zərbələr müharibənin gedişatına heç 0,1% də təsir etmir. Yəni, belə zərbələrlə İran ABŞ-ı nəyəsə məcbur edə bilməz, belə baxanda, Dubayda otelin yanması ABŞ-ın çox da vecinə deyil, İranda günahsız uşaqları bombalayanların otel yanması niyə vecinə olsun ki?!

Xülasə, İran təkdir, münaqişə lokallaşıb, İnşallah ki, yaxın zamanda danışıqlarla yekunlaşacaq və İran daxilində qanlı qarıdurmalardan qaçmaq mümkün olacaq. Bir daha deyim, İran artıq DƏYİŞİB, sadəcə, bu dəyişikliyin rəsmiləşməsi bir az zaman alacaq. İranda dəyişikliklər rəsmiləşdirməlidir ki, təməl problemlərini həll edə, iqtisadi inkişafa, vətəndaşlar arasında konsensusa nail ola bilsin...”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!