“PAŞA Bank”dan həbs olunan reperlə bağlı - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“PAŞA Bank”dan həbs olunan reperlə bağlı - Açıqlama

Hadisə

27 Dekabr 2019 16:55 1505


“Son günlər bəzi media yayım vasitələrində şou-biznes nümayəndəsinin saxlanılması ilə bağlı xəbərlərdə “PAŞA Bank” ASC-nin adı hallandırılır. “PAŞA Bank” ASC adı hallanan şəxsin saxlanması ilə əlaqədar xəbərlərin ümumiyyətlə həqiqətə uyğun olub-olmamasına dair məlumatlara malik deyil”.

"Yeni Sabah" xəbər verir ki, bu barədə məlumatı  “PAŞA Bank” ASC yayıb. Bankın məlumatında qeyd olunub ki, adı çəkilən reper Pərviz Quluzadənin (Paster) “Paşa Bank”la hər hansı bir bağlılığı və ya əlaqəsi yoxdur:

“Həmin şəxsin saxlanılması ilə bağlı bankımız tərəfindən hər hansı hüquqi tədbirlər görülmədiyini bildirmək istəyirik. Sezar pizza

Bankımızın adının bu cür qeyri-dəqiq, bankın işgüzar nüfuzuna xələl gətirə biləcək xəbərlərdə səsləndirilməsinin izləyicilərdə çaşqınlıq yaratmaması və əlavə şayiələrin qarşısını almaq məqsədilə bu rəsmi açıqlamanı paylaşmaq qərarına gəldik.

Kütləvi İnformasiya Vasitələrini, istənilən təşkilatın reputasiyasına və biznes nüfuzuna xələl gətirə biləcək, məlumatlarda adı çəkilən tərəflərin rəsmi mövqeyi sorğulanmadan, bu cür qeyri dəqiq məlumatların və ya şaiyələrin dərc edilərək paylaşılması məsələlərində daha diqqətli və həssas olmağa səsləyirik”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi reper Pərviz Quluzadənin Binəqədi rayonu ərazisində narkotikin təsiri altında ictimai asayişi və ictimai qaydanın pozulmasına yönəlik hərəkətlər etməsi səbəbindən həbs edildiyi barədə məlumat yayıb. Sosial şəbəkələrdə isə reperin öz treklərinin birində “Paşa Bank”ın adını hallandırdığına görə həbs edildiyi barədə iddialar ortaya atılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!