Paşinyan: Azərbaycanla ticarət əlaqələrinin qurulmasına şadam

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan: Azərbaycanla ticarət əlaqələrinin qurulmasına şadam

Dünya

05 Mart 2026 14:06 241


Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə iqtisadi gündəm siyasi gündəmdən üstündür və bu, onun fikrincə, yaxşı haldır.

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"Görünür, iqtisadi gündəm siyasi gündəmdən üstündür və bu yaxşıdır, çünki siyasi proqramlar iqtisadi gündəmə xidmət edir. 8 avqust hadisələri iqtisadi əməkdaşlıq üçün kifayət qədər yer açdı və mən şadam ki, Ermənistanla Azərbaycan arasında ticarət qurulur. Ümid edirəm ki, mümkün olarsa, tezliklə Azərbaycandan yalnız mal idxal etməklə kifayətlənməyəcəyik, həm də Ermənistandan Azərbaycana mal ixrac edə biləcəyik", - deyə Ermənistanın Baş naziri vurğulayıb. Sezar pizza

N.Paşinyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün konkret tarix deməkdən imtina edib:

“Əgər məndən 20 iyul 2025-ci ildə Azərbaycanla sülh müqaviləsinin nə vaxt imzalanacağını soruşsaydınız, cavab verərdim ki, iş hər gün görülür və bunun nə qədər davam edəcəyini deyə bilmərəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!