Gümrüdəki Rusiya hərbi bazası Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük niyyətinə hələlik mane olmur.
"Yeni Sabah" xəbər verir ki, bunu Baş naziri Nikol Paşinyan hökumət iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
“Bəli, Ermənistan Avropa İttifaqına üzvlük prosesinə başlamaq üçün qanun qəbul edib. Lakin biz hələ o mərhələdə deyilik ki, Rusiya Silahlı Qüvvələrinin 102-ci bazası bizim görmə sahəmizi bağlasın. Əgər bunu etdiklərini görsək, onda necə irəliləmək barədə düşünəcəyik ki, problemlərlə qarşılaşmayaq”, — Paşinyan qeyd edib. Pepperoni pizza
Baş nazir Ermənistanın Rusiya ilə münasibətlərini pozmaq kimi bir niyyətinin olmadığını və olmayacağını da vurğulayıb.
Telegram kanalımız