Paytaxtda ağır qəza: Sürücü xəstəxanaya yerləşdirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtda ağır qəza: Sürücü xəstəxanaya yerləşdirildi - Fotolar

Hadisə

19 Dekabr 2019 22:54 1036


Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

"Yeni Sabah" xəbər verir ki, qəza tunelin Atatürk prospektinə ayrılan hissəsində baş verib.

"Toyota" markalı avtomobilin sürücüsü İbrahimli Nicat Qabil oğlu tuneldə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi tunelin istinad divarına çırpılıb. Dördpendirli pizza

Hadisə zamanı "Toyota"nın sürücüsü ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib. 

Hadisə nəticəsində avtomobilin yağı və yanacağı yola dağıldığından əraziyə FHN-in briqadası cəlb edilib. Polis əməkdaşları tuneldə tənzimləmə işləri aparıb.

Faktla bağlı araşdırma başlanılıb. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!