Piramida üsulu ilə insanların pulu belə oğurlanır - Video

saytların hazırlanması

Evə çatdırılma

Piramida üsulu ilə insanların pulu belə oğurlanır - Video

Sosial

08 Oktyabr 2024 01:52 1067


Piramida və ya "səadət zənciri" adlandırılan dələduzluğun qurbanları günü-gündən artır. İlk olaraq şirkət investisiya qoymaq müqabilində müəyyən faizdə gəlir təklif edir. Sonra isə digər şəxslərin cəlb edilməsini istəyir.

Yenisabah.az xəbər verir ki, hüquqşünas Şamil Paşayev deyir ki, piramida daim yeni maliyyə mənbələri cəlb edərək mənfəət əldə etmək üçün bir yoldur. Layihənin ilkin mərhələsində ona üzv olanlara vəd edilmiş məbləğdə vəsaiti ödəyirlər. Çünki birinci prinsip daha çox insanın bura cəlb olunmasıdır.

Yəni ilk qoşulanlara qoyduqları pulun qarşılığında faizlər ödənilir. Həmin insanlar təhrik edilir ki, onlar ətraflarındakı insanları bu piramidaya qoşsunlar. İlk qoşulanlara müəyyən vəsait ödənilsə də, sonradan qoşulanlar heç nə əldə etmirlər. İnsanlar axın etdikcə maliyyə kütləsi də böyüyür. Dördpendirli pizza

Daxili İşlər Nazirliyi də sosial şəbəkələrin imkanlarından istifadə etməklə maliyyə piramidası yaradan və vətəndaşların vəsaitlərini kütləvi şəkildə ələ keçirən dəstələrin ifşa edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Daha ətraflı Xəzər TV-nin videomaterialında:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!