Piylənmə Əməliyyatı Kimlərə Olar? Piylənmənin Müalicəsi Varmı?

saytların hazırlanması

Evə çatdırılma

Piylənmə Əməliyyatı Kimlərə Olar? Piylənmənin Müalicəsi Varmı?

Sağlamlıq

06 Dekabr 2023 10:19 6173


Günümüzdə artan sağlamlıq problemlərindən biri piylənmədir. Bir çox insan piylənmə haqqında əsas məlumatlara sahib olmaq istəyir və bununla bağlı müxtəlif suallar verir. Tez-tez “Hansı yeməklər piylənməyə səbəb olmur?”, “Piylənmə hansı xəstəliklərə təkan verir” kimi suallarla rastlaşırıq. Həqiqətən də bir çox xəstəliklərə səbəb olan piylənmə ciddi problemdir və peşəkar müdaxilə tələb edir. 

Piylənmə nədir və niyə yaranır?

Piylənmə bədəndə artıq yağ yığılması nəticəsində yaranan sağlamlıq vəziyyətinə aiddir. Bu vəziyyət bədən kütləsi indeksi (BKİ) hesablamalarına görə 30 və daha yuxarı dəyərlərə sahib olan şəxslərə aid edilir. 

Qeyd edək ki, BKİ yoxlamaq üçün öncəliklə boyumuzun kvadratını tapıb daha sonra çəkini həmin o rəqəmə bölürük. Yəni, misal üçün boy 1.65 sm, çəki isə 60 qk-dir. Bu halda hesablama belə olur: pizza mizza

1.65 X 1.65 = 2.7225 

60 : 2.7225 = 22.03

Beləliklə, bədən kütlə indeksi 22.03 olaraq hesablandı. 

Bildirək ki, piylənmə ümumiyyətlə enerji qəbulunun enerji xərclərini üstələdiyi vəziyyətlərlə əlaqələndirilir. Bioloji Təbabət Klinikasının həkimləri qeyd edir ki, oturaq həyat tərzi, genetik faktorlar, hormonal dəyişikliklər və nizamsız yemək vərdişləri piylənmənin ortaya çıxmasında təsirli olan amillərdir.

Piylənmə hansı sağlamlıq problemlərinə səbəb olur?

Piylənmə bir sıra ciddi sağlamlıq problemlərinə səbəb ola biləcək xroniki xəstəlikdir. Artıq çəki və ya piylənmə bədəndəki bir çox sistemə mənfi təsir göstərir. Bioloji Təbabət Klinikasının endokrinoloqları piylənmənin səbəb olduğu əsas sağlamlıq problemlərini aşağıdakı kimi təsnifləşdirmişlər:

2-ci tip diabet: Piylənmə insulin dirəncini artıraraq 2-ci tip diabetin inkişafına təkan verə bilər. İnsulin müqaviməti hüceyrələrin bədəndə qlükozadan düzgün istifadə etmək qabiliyyətinin azalması deməkdir.

Ürək Xəstəlikləri: Piylənmə ürək xəstəlikləri üçün mühüm risk faktorudur. Artıq çəki yüksək qan təzyiqi, yüksək xolesterin və trigliserid səviyyələri kimi amilləri artıra bilər ki, bu da ürək-damar xəstəliklərinin inkişaf ehtimalını artırır.

Yüksək qan təzyiqi (hipertoniya): Piylənmə qan damarlarına təzyiqi artıra bilər ki, bu da hipertoniyaya səbəb ola bilər. Yüksək qan təzyiqi fonunda insultun olması və böyrək xəstəlikləri kimi sağlamlıq problemlərinə səbəb olur.

Tənəffüs problemləri: Həddindən artıq çəki tənəffüs sisteminə əlavə yük yarada bilər. Bəzi hallarda piylənmə insanın yuxu apnoesi kimi tənəffüs problemlərinə səbəb olur.

Metabolik Sindrom: Piylənmə metabolik sindrom adlanan bir vəziyyətə səbəb olur. Metabolik sindrom təzyiqin yuxarı olması,  insulin dirəncinin yüksək olması və ya şəkərin olması, aşağı HDL səviyyələri, yüksək trigliserid səviyyələri və göbək nahiyəsində yağ yığılması kimi amillərin birləşməsi ilə xarakterizə olunan bir vəziyyətdir.

Xərçəng: Piylənmə bəzi xərçəng növlərinin riskini artırır. Döş, kolon, uşaqlıq və prostat xərçəngi kimi xərçəng növlərinə piylənmədən əziyyət çəkən insanlarda daha çox rast gəlinir.

Psixososial təsirlər: Piylənmə insanın psixososial sağlamlığına da təsir edir. Özünə inamın aşağı olması, depressiya və sosial təcrid kimi psixoloji problemlər piylənmə ilə əlaqələndirilir.

Klinikanın həkimləri bildirir ki, piylənmə ümumi sağlamlığa ciddi təsir edən bir vəziyyətdir və buna görə də sağlam həyat tərzinə yiyələnmək, müntəzəm idman etmək və balanslı qidalanma piylənmənin qarşısının alınması və idarə olunmasında mühüm addımlardır. Peşəkar tibbi yardım axtarmaq piylənmə ilə mübarizədə ən uğurlu addımdır.

Piylənmə ilə necə mübarizə aparmaq olar?

Bioloji Təbabət Klinikasının həkimləri qeyd edir ki, piylənmə ilə mübarizə üçün ilk addım sağlam həyat tərzinə keçməkdir. Daimi məşq, balanslaşdırılmış qidalanma və porsiyaya nəzarət piylənmənin qarşısının alınmasında və idarə olunmasında mühüm rol oynayır. Piylənmənin müalicəsi olaraq endokrinoloq və dietoloq rəhbərliyi altında sağlam pəhriz proqramına riayət etmək də olduqca təsirlidir.

Piylənmə əməliyyatı həll yolu ola bilərmi?

Piylənmədən, artıq çəkidən əziyyət çəkən bir çox şəxsi maraqlandıran məsələlərdən biri də məhz bu problemin aradan qaldırılması üçün əməliyyat olunmaqdır. Klinikanın həkimləri bildirir ki, bariatrik cərrahiyyə kilo itkisini sürətləndirmək və piylənmə ilə bağlı sağlamlıq problemlərini azaltmaq üçün bir seçim ola bilər. Ancaq bu cür cərrahi müdaxilələr hər kəs üçün uyğun deyil və adətən digər müalicə üsulları uğursuz olduqda nəzərə alınmalıdır. 

Unutmayın ki, əməliyyat hər zaman problemin həlli olmur və orqanizmlər fərqli olduğu üçün hər kəsdə eyni effketi vermir. Odur ki, cərrahiyyə variantları haqqında daha çox məlumat almaq üçün mütəxəssis həkimə müraciət etmək vacibdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!