Nəinki həyatı çətinləşdirən, həm də bir çox xəstəliyə yol açan piylənmənin təhlükəsi ilə bağlı yeni və təəccüblü araşdırmalar ortaya çıxıb.
Yenisabah.az xəbər verir ki, bel və qarın nahiyəsində piylənməsi olanlar diqqətli olmalıdır. Daxili orqanlarda gizli piy yığılması Altsheymer xəstəliyinin ilkin əlaməti ola bilər. Mütəxəssislər diqqət yetirilməsi üçün simptomları bir-bir sıralayıblar.
Şimali Amerikanın Radiologiya Cəmiyyəti illik toplantısından sonra hesabat hazırlayıb. Bu hesabatda sağlam bədən kütləsi indekslərini qiymətləndirilərkən maraqlı nəticə əldə edilib. Həmin nəticəyə görə, piylənmə Altsheymer xəstəliyinin ilkin əlamətlərindən biri hesab oluna bilər. pizza sifarişi
Tədqiqatçılar yağ ölçülərini və beyin skanlarını birlikdə təhlil etdikdə daha çox piyi olan iştirakçıların beyinlərində daha çox amiloid olduğunu aşkar ediblər. Bu, onların Altsheymer xəstəliyinə tutulma şanslarını daha da artırır.
Altsheymer xəstəliyinin beyində ən erkən inkişafı ilk simptomların görünməsindən təxminən 20 il əvvəl başlayır. Tədqiqatçılar tədqiqat iştirakçılarını izləyərək visseral yağın potensial uzunmüddətli təsirini araşdırıblar.
Daxili orqanlarda yığılan yağ həmişə yüksək bədən kütləsi indeksində əks olunmur. Piyləri aşkar etmək üçün MRT müayinəsi tələb olunsa da, həkimlər bəzi simptomların ola biləcəyini bildirirlər.
Bu simptomlardan bəziləri ombadan daha geniş bel və ya şəkər xəstəliyini göstərən yüksək qan şəkəri səviyyələrini əhatə edir.
“Altsheymer Dərnəyi”nin məlumatına görə, ABŞ-da 6 milyondan çox insan bu xəstəliklə yaşayır. Bu rəqəmin 2050-ci ilə qədər 13 milyona yüksələcəyi təxmin edilir.
Qeyd edək ki, Altsheymer xəstəliyi yaşla əlaqədar beyin hüceyrələrinin neyrodegenerasiyası nəticəsində yaddaşın tədricən itməsilə müşayiət olunur. Bu xəstəlik son illər barəsində ən çox danışılan patologiyalardandır. Ona bəzən “beynin taleyi” də deyirlər.
Əsmətxanım Rzazadə
Telegram kanalımız