Polislər sərxoş kişini qəbirəstanlığa aparıb, döyərək öldürüblər. Sərxoş kişini döyüb öldürən Saratov vilayətinin Volsk şəhərindən olan iki polisə qarşı cinayət işi açılıb.
"Yeni Sabah" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə rayon prokurorluğu məlumat yayıb.
Belə ki, kişinin cəsədi sentyabrın 26-da qəbiristanlığın yaxınlığındakı meşədən tapılıb. Qətldə iki polis məmuru şübhəli bilinərək tutulub. Toyuqlu pizza
Məlum olub ki, polis əməkdaşları sərxoş kişini saxlayaraq, onu qandallayıblar.
"Münaqişə səbəbindən şirkət maşınında olan kişilər öldürülən şəxsi şəhər qəbiristanlığının ərazisinə aparıblar. Orada onun bədəninə təpiklə çoxsaylı zərbələr endiriblər. Nəticədə ağırxəsarətlər alan şəxs hadisə yerində ölüb", - məlumatda bildirilir.
İki polis barəsində Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü bəndinə (qəsdən ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan) əsasən cinayət işi başlanıb.
Telegram kanalımız