Polşa ölkənin şərqində hava məkanını 3 ay müddətinə bağlayır.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Polşa Hava Naviqasiya Agentliyi məlumat yayıb.
Qurum ölkənin şərq bölgələrində uçuşa qadağan zonasının tətbiq olunduğunu rəsmi şəkildə elan edilib. Məhdudiyyətlər milli təhlükəsizliyin təmin olunması məqsədilə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığının tələbi əsasında tətbiq olunub. pizza hut
Bildirilib ki, uçuş qadağası martın 10-dan iyunun 9-dək günün 24 saatı qüvvədə olacaq. Məhdudiyyətlər əsasən 3000 metr hündürlükdən aşağı uçan bütün təyyarələrə şamil edilir.
Qərara əsasən, mülki və tibbi təyyarələr üçün istisna nəzərdə tutulub. Lakin həmin ekipajların bu ərazilər üzərindən uçuş həyata keçirməsi üçün əvvəlcədən xüsusi icazə almaları tələb olunur.
Aytac Əliyeva
Telegram kanalımız