Pomidorun qiymətinin artması bir neçə gündür davam edir və bu proses narahatlıqla qarşılanmaqdadır.
“Yeni Sabah”ın əməkdaşı Keşlə Bazarında olub və qiymətlərin dəyişib-dəyişməməsi ilə maraqlanıb:
Saat 12:18-də bazarda olmağımıza baxmayaraq alıcıların sayı kifayət qədər az idi. Sezar pizza
Satıcılar bildirdilər ki, əvvəlki günlərlə müqayisədə az da olsa pomidorun qiymətində ucuzlaşma var:
“Hazırda 1 manatdan başlayır qiymət. Son 10-15 gündə 1.50 manatdan başlayırdı. Amma indi bir qədər ucuzlaşıb və 3 manata kimi artır. Məcbur olan onsuz da axır-əvvəl alır. Amma əvvəl 2 kilo alırdısa, indi 1 kilo alıb qayıdır”.
Satıcıların sözlərinə görə, Bakı pomidoru digərlərindən daha bahadır:
“Bakı pomidorunu 1.50 AZN-ə alırıq. Rayon pomidorları isə yeşiklə gəlir və 1-1.10AZN-ə alınır. Nəticədə ən azı 1.50 AZN-ə satmalı oluruq. Məhsul azaldıqda isə satış qiyməti maya qiymətinə yaxınlaşır”.
Bazar satıcılardan birinin iddiasına görə pomidorların qiymətinin qalxmasının əsas səbəbi bu tərəvəzə xəstəlik düşməsi olub: “Parniklər də tez qurtarıb. Üstəlik ştillər də yanıb. Hava da tez-tez dəyişir. Bunlar hamısı məhsul yığımına təsir edir. Necə ki, biz şikayətlənirik, alıcılar da şikayətlənir”.
Digər məhsullarda isə ciddi qiymət dəyişikliyi olmayıb. Məsələn, xiyarın qiyməti 80 qəpiklə 1.50 AZN arasındadır. Lobya 2 manat, badımcan isə 50 qəpikdir. Amma əvvəl 1 manat olan soğan indi 70-80 qəpikdir.
Meyvələrin qiyməti isə 2-4 manat arasında dəyişir: ərik, armud, şaftalı 2 manata; gilas 3 manat 50 qəpiyə, qış aylarının ən bahalı meyvələrindən olan fındıq isə 2 manata satılır.
Alıcılar qiymətlərin baha olduğunu düşünür:
“Qiymətlər əladır. Gərək mən meyvə yeməyəm. Nazirlərin, müəllimlərin, həkimlərin maaşı qalxır, bizim kimi fəhlələr qalır ortalıqda”.
Elnarə İlham
Telegram kanalımız