Poroşenko yoxsa Zelenski? - Politoloq Ukraynadakı seçkiləri dəyərləndirdi

saytların hazırlanması

Evə çatdırılma

Poroşenko yoxsa Zelenski? - Politoloq Ukraynadakı seçkiləri dəyərləndirdi

Siyasət

20 Aprel 2019 18:32 1070


Politoloq Elxan Şahinoğlu Ukraynada prezidentliyə namizədlər arasında stadionda keçirilən debatın nəticəsini dəyərləndirib.

"Yeni Sabah" xəbər verir ki, o, Petro Poroşenkonun debatda qələbə çala bilmədiyini deyir: “Vladimir Zelenski məğlub olmadı. Halbuki, ilk əvvəldən debat təklifi Poroşenkodan gəlmişdi. Hazırki prezident düşünürdü ki, siyasətdə naşı olan komediya artistini darmadağın edib, birinci turun nəticəsinə görə aralarındakı fərqi azaldacaq. Alınmadı.

Ona görə alınmadı ki, Poroşenkonun prezident olduğu illərdə səhvləri olub və Zelenski sualları ilə həmin nöqtələrə vururdu”. Marqarita pizza

Politoloq qeyd edib ki, Zelenski də Ukraynanı necə inkişaf etdirəcəyinə dair heç nə deyə bilməyib: “Çünki artistin konkret proqramı yoxdur. Ona görə də, Zelenski debatın ən yadda qalan və əvvəlcədən hazırlanmış fikrini bu şəkildə söylədi: “Cənab Poroşenko mən siyasətçi deyiləm, mən Sizin səhvlərinizin nəticəsiyəm”.

Beləliklə, sabah seçkidir. Poroşenkonun “səhvlərinin nəticəsi” prezident olmağa yaxındır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!