Prezident İlham Əliyev Xuraman Əkrəm qızı Qasımovanın “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Yenisabah.az xəbər verir ki, sərəncama əsasən, X.Qasımova Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
Qeyd edək ki, iyunun 6-da Xalq artisti X.Qasımovanın 70 yaşı tamam olur. Sezar pizza
Telegram kanalımız