Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat etdi

Hadisə

07 Yanvar 2026 23:32 2417


Məşhur "Karvan" musiqi qrupunun təsisçisi, Azərbaycanın ilk qadın klip rejissoru və prodüseri Sevinc Kərimova vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Kərimovanın ailəsi və dostları sosial mediada məlumat veriblər. Onun ölüm səbəbi açıqlanmayıb.

Xatırladaq ki, Sevinc Kərimova uzun müddət ailəsi ilə birlikdə ABŞ-də yaşayıb və bu yaxınlarda Bakıya qayıdıb. Pepperoni pizza

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sevinc Kərimova "Tərəqqi" medalı ilə təltif olunanlar arasında olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!