Prezidentin köməkçisi COP29-la bağlı boykot çağırışları edənləri ifşa etdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin köməkçisi COP29-la bağlı boykot çağırışları edənləri ifşa etdi - Video

Siyasət

12 Noyabr 2024 13:57 857


"Sizin də çalışdığınız media orqanının fəaliyyətində hüquqi əsaslı məhdudiyyətlər olmasına baxmayaraq, COP29-da iştirakınıza tam şərait yaradılıb. Kimə istəyirsiniz, sualınızı verirsiniz".

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Toplum" TV-nin əməkdaşının bəzi media orqanlarının jurnalistlərinin həbsinə görə beynəlxalq təşkilatların COP29-u boykota çağırması ilə bağlı sualını cavablandırarkən deyib.

"Toplum" TV-nin redaksiyasının möhürləndiyini və ona da cinayət işi açıldığını diqqətə çatdıran jurnalistə Hikmət Hacıyev belə cavab verib: Dördpendirli pizza

"Siz əməkhaqqını haradan alırdınız? "Toplum" TV-nin maliyyələşdirilməsi necə həyata keçirilirdi? Dediyiniz kimi, istintaq aparılır. Söhbət qanunsuz maliyyələşmənin araşdırılmasından gedir".

Daha ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!