Putin Müctəba Xameneini təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Putin Müctəba Xameneini təbrik etdi

Dünya

09 Mart 2026 14:19 324


Rusiya Prezidenti Vladimir Putin İranın yeni Ali Rəhbəri Müctəba Xameneini təbrik edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

Rusiyanın dövlət başçısı təbrik məktubunda Moskvanın İranın etibarlı tərəfdaşı olduğunu və belə qalacağını vurğulayıb:   Sezar pizza

“İndi İran silahlı təcavüzlə üzləşdiyi bir vaxtda, sizin bu yüksək vəzifədə çalışmağınız şübhəsiz ki, böyük cəsarət və fədakarlıq tələb edəcək. Öz tərəfimdən Tehrana sarsılmaz dəstəyimizi və iranlı dostlarımızla həmrəyliyimizi bir daha təsdiqləmək istəyirəm. Rusiya İslam Respublikasının etibarlı tərəfdaşı olub və olacaq”, - V.Putin bildirib.

Xatırladaq ki, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin Tehrana hava zərbələri nəticəsində öldürülüb.

İslam Respublikasının Ekspertlər Şurası ötən gecə Əli Xameneinin oğlu Müctəba Xameneini İranın yeni Ali Rəhbəri seçib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!