Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında "Orta və yaxın mənzilli raketlərin ləğvi" barədə müqavilə ilə bağlı bəyanatla çıxış edib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi saytı yayıb. Məlumatda deyilir ki, Vladimir Putin ABŞ-ın bir müddət əvvəl keçirdiyi raket sınağından danışarkən deyib ki, Vaşinqton 500 km məsafədə hədəfi vuran raketi sınaqdan keçirib və ABŞ hərbi dairəsinin bəyanatına görə, raket 500 km-dən uzaq məsafədə hədəfi məhv edib.
“Bu, “Orta və yaxın mənzilli raketlərin ləğvi” haqqında müqaviləyə ziddir”, - deyə Rusiya prezidenti vurğulayıb. pizza hut
Vladimir Putin əlavə edib ki, sınaqda MK-42 yerüstü universal raket qurğusundan istifadə olunması Rusiyanın hələ müqavilə qüvvədə olduğu zaman ABŞ-a qarşı iradlarının nə qədər əsaslı olduğunu bir daha təsdiqləyir: “Biz dəfərərlə qeyd etmişdik ki, amerikalılar tərəfindən bu cür qurğuların Rumıniyada Raket Hücumundan Müdafiə bazasında - quruda yerləşdirilməsi, eləcə də Polşada yerləşdirilməsinin planlaşdırılması sözügedən müqavilənin birbaşa və kobudcasına pozulmasıdır.
Amerikalılar inadkarcasına inkar edirdilər ki, yerüstü universal MK 41 qurğuları guya dəniz özüllü "Tomahavk" qanadlı raketlərini buraxmaq qabiliyyətinə malik deyil. Lakin özləri artıq bu barədə bildiriblər, bunu inkar etmək mümkün deyil. İndi sual yaranır ki, Polşa və Rumıniyada nə yerləşdirəcəklər, hava hücumundan müdafiə sistemləri, yoxsa olduqca uzaq məsafədə hədəfi məhv etmək qabiliyyətinə malik raket kompleksləri?"
Rusiya prezidenti qeyd edib ki, ABŞ yeni raketi məlum müqavilənin ləğvi barədə elanından 16 gün sonra keçirib: "Məlumdur ki, bu improvizə deyil, əvvəlcədən planlaşdırılıb. Baş verənlər bizim narahatlığımızın nə qədər əsaslı olduğunun təsdiqidir. Rusiyanın ABŞ-ın "Orta və yaxın mənzilli raketlərin ləğvi" haqqında müqaviləyə əsasən qadağan olunmuş silahlar yaratması barədə çoxdan məlumatı vardı. Bu barədə tərəfdaşlarımıza dəfələrlə bildirmişdik",- deyə Vladimir Putin vurğulayıb.
Rusiya prezidenti əlavə edib ki, amerikalılar raketlərin ləğvi haqqında müqavilənin şərtlərinə əməl etmək əvəzinə, Rusiyanın guya bu müqaviləni pozması haqqında təbliğat kampaniyasına rejissorluq etməyə başlayıblar: "Artıq hamımıza məlum olduğu kimi, bu kampaniyanın yeganə məqsədi Vaşinqtonun müqavilənin pozulmasına dair əməllərini və əvvəldən müqavilədən çıxmaq niyyətində olduğunu pərdələmək olub".
Vladimir Putin onu da diqqətə çatdırıb ki, kifayət qədər yüksək səviyyəli ABŞ siyasətçiləri tərəfindən Asiya-Sakit okean regionunda yeni sistemlərin yerləşdirilməsinə başlana biləcəyi bəyan edilə bilər. "Lakin bu da bizim köklü maraqlarımıza toxunur, çünki bu region da Rusiya sərhədlərinə yaxındır", - Rusiya prezidenti vurğulayıb.
O xatırladıb ki, Rusiya heç vaxt silahlanma yarışına girmək istəməyib. Ardınca Rusiyanın müdafiə xərclərinə görə, dünyada birinci yeri tutan ABŞ-dan fərqli olaraq yeddinci yerdə olduğunu deyib.
Rusiya prezidenti sonunda yaranmış vəziyyət nəzərə alınmaqla, müvafiq orqanlara ABŞ-ın bu fəaliyyətinin Rusiya üçün nə qədər təhlükəli olduğunu analiz etmək və rəqibə simmetrik cavab üçün müfəssəl tədbirlər işləyib hazırlamaq tapşırığını verib.
Telegram kanalımız