Qadın güləşçimiz Avropa çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

Qadın güləşçimiz Avropa çempionu oldu

İdman

04 İyul 2025 22:26 445


İtaliyanın Kaorle şəhərində güləş üzrə U20 Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Yenisabah.az-a verilən məlumata görə, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Ruzanna Məmmədova (62 kq) finalda almaniyalı Leoni Steyqertlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə 4:3 hesablı qələbə qazanan Ruzanna ardıcıl ikinci dəfə gənclər arasında Avropa çempionu olub. pizza hut

Zəhra Kərimzadə (72 kq) təsəlliverici görüşdə xorvatiyalı Veronika Vilkə 2:8 hesabı ilə məğlub olub.

Beləliklə, qadın millimiz qitə birinciliyini 2 qızıl medalla başa vurub. Xatırladaq ki, ötən gün Günay Qurbanova (59 kq) Avropa çempionu olmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!