Qadınları fahişəliyə cəlb etməkdə ittiham olunan prodüser azad olundu

saytların hazırlanması

Evə çatdırılma

Qadınları fahişəliyə cəlb etməkdə ittiham olunan prodüser azad olundu

Kriminal

06 May 2019 16:50 1478


Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə insan alverində təqsirləndirilərək həbs edilən prodüser Təranə Səmədova barəsində çıxarılan qərardan verilən kassasiya şikayətinə baxılıb.

T.Səmədovanın vəkili Janna Bağırova bildirib ki, prosesdə şikayət araşdırılaraq qərar elan edilib.

Məhkəmənin qərarı ilə T.Səmədovanın cəzası azaldılıb və azadlığa buraxılıb. Dominos pizza

Xatırladaq ki, İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilmişdi. İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunub. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.

Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!