“Qalatasaray“ 7 transferi açıqlayır -   Siyahı

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray“ 7 transferi açıqlayır - Siyahı

İdman

28 İyun 2019 14:52 1116


"Qalatasaray" transfer çalışmalarını sürətləndirib.

"Yeni Sabah" Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul klubu qarşıdakı 2-3 gün ərzində 7 transferi açıqlayacaq. Həmin futbolçuların adlarını təqdim edirik.

1. Ryan Babel - İngiltərinin "Fulhem" klubu ilə müqaviləsi bitdiyi üçün transfer haqqı ödənilməyəcək. Sezar pizza

2. Cimmi Durmaz - Fransanın "Tuluza" klubu ilə müqaviləsi bitdiyi üçün transfer haqqı ödənilməyəcək.

3. Valentine Ozornvafor - Nigeriyanın "Enyimba Aba" klubundan transfer olunan 20 yaşlı müdafiəçi təcrübə toplamaq üçün başqa kluba icarəyə veriləcək.

4. Yusuf Erdoğan - "Bursaspor" la müqaviləsi bitdiyi üçün transfer haqqı ödənilməyəcək.

5. Adem Büyük - "Yeni Malatyaspor"la müqaviləsi bitdiyi üçün transfer haqqı ödənilməyəcək.

6. Şener Özbayraklı - "Fənərbaxça" ilə müqaviləsi bitdiyi üçün transfer haqqı ödənilməyəcək.

7. Kristian Luyindama - Qış fasiləsində Belçikanın "Standard" klubundan icarəyə götürələn 25 yaşlı müdafiəçinin transfer hüququ alınacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!