Qalatasaray ötən mövsümü icarə əsasında komandada keçirən və göstərdiyi performansla liqada iz qoyan Viktor Osimheni yenidən heyətinə qatmaq üçün əlindən gələni edir.
Yenisabah.az xəbər verir ki, sarı-qırmızılıların nigeriyalı hücumçu üçün 50+5 və 60 milyon avroluq təklifləri rədd edilib.
İtalyan jurnalist Fabrizio Romanonun xəbərinə görə, Qalatasaray Osimhen üçün Napoliyə 75 milyon avroya qədər təklif edib. Xəbərdə 'Cimbom'un transfer haqqını 5 il ərzində hissə-hissə ödəməyi təklif etdiyi bildirilib. Dördpendirli pizza
Artıq transferlə bağlı son qərarı "Napoli"nin verəcəyi deyilib.
Aytac Əliyeva
Telegram kanalımız