"Qalatasaray" "Vest Hem"in futbolçusu Xavyer Hernandesi (Çiçarito) transfer edə bilər.
"Yeni Sabah" türk mediasına istinadənxəbər verir ki , İstanbul klubunun nümayəndələri meksikalı hücumçunun agentini Türkiyədə görüşməyə dəvət edib. Görüş zamanı "Qalatasaray" 31 yaşlı oyunçuya 2+1 illik müqavilə təklif edib.Ancaq o, İstanbul təmsilçisindən təklifi düşünmək üçün vaxt istəyib.
Qeyd edək ki, X.Hernandesin "Qalatasaray"ın təklifini qəbul edəcəyi təqdirdə, ilinə 3 milyon avro maaş alacağı iddia olunur. Dominos pizza
Telegram kanalımız