Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yeni səfir təyin edib.
“Yeni Sabah” 1news.az-a istinadən xəbər verir ki, yeni səfir Mahir Əliyev etimadnaməsini bu ölkənin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin baş katibi Əhməd Sari Əl Mazroueyə təqdim edib.
BƏƏ-li rəsmi səfirə fəaliyyətində uğurlar arzu edib. Dominos pizza
Xatırladaq ki, Mahir Əliyev daha əvvəl Suriya və Livanda ölkəmizi təmsil edib.
Qeyd edək ki, bir müddət əvvəl BƏƏ-dəki sabiq səfir Daşqın Şikarovla bağlı mediada ciddi ittiham yer almışdı. Bildirilirdi ki,diplomat Azərbaycan hökumətinin Əbu Dabi hökmdarıXəlif ibn Zayed əl-Nahayan üçün nəzərdə tutulmuş kürü hədiyyəsini mənimsəyib.
Hazırda XİN-in rəsmi saytındaAzərbaycanın Birləşmiş Ərəb Əmirliklərinə səfiri kimi nə Mahir Əliyevin, nə də Daşqın Şikarovun adı qeyd edilib.
Telegram kanalımız