“Qarabağ” “Minsk-2019” 2-ci Avropa oyunlarında qızıl medal qazanan sərbəst güləşçimiz Hacı Əliyevi fərqli təbrik edib.
“Yeni Sabah” xəbər verir ki, klubun rəsmi “Facebook” səhifəsi güləşçimizin “Qarabağ” formasında olan şəklini paylaşaraq “Ən böyük çempion, bizim çempion” sözlərini yazıb. Ağdam klubu bununla Hacı Əliyevin "Qarabağ” azarkeşi olmasına işarə vurub.
Qeyd edək ki, 3 qat dünya və 3 qat Avropa çempionu H.Əliyev 65 kq çəkidə bütün rəqiblərini üstələyib. Marqarita pizza
Telegram kanalımız