“Qarabağ” sonuncu yoxlama matçına çıxacaq

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” sonuncu yoxlama matçına çıxacaq

İdman

02 İyul 2019 13:42 1076


Bu gün "Qarabağ" Avstriyada təlim-məşq toplanışında sonuncu yoxlama oyununa çıxacaq.

“Yeni Sabah” klubun rəsmi saytına istinadən bildirir ki, komanda Çexiya "Viktoriya"sı ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Ağdam təmsilçisi bundan əvvəl Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub, Rumıniya "Krayova"su ilə qolsuz bərabərə qalıb, Rusiya “Ufa”sına 2:1 hesabı ilə qalib gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!