Qarabağda 16 mindən çox mina aşkar edilərək zərərsizləşdirilib

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda 16 mindən çox mina aşkar edilərək zərərsizləşdirilib

Maraqlı

03 Yanvar 2021 10:51 938


Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağda 400 hektardan çox ərazidə 16 mindən çox partlayıcı vasitə aşkar edərək zərərsizləşdiriblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Əməliyyat zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri tərəfindən Dağlıq Qarabağda 400 hektardan çox ərazi, 151 kilometr yol, 617 bina, o cümlədən 22 sosial əhəmiyyətli obyekt minalardan təmizlənib. 16 mindən çox partlayıcı vasitə aşkar edilərək zərərsizləşdirilib", - deyə nazirliyin məlumatında bildirilir. pizza mizza

Qeyd olunub ki, sülhməramlılar ərazilərin minalardan təmizlənməsi zamanı "Uran-6" robot sistemlərindən istifadə edirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!