“Qarabağda antiterror əməliyyatının zamanı yetişib...” - Video

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağda antiterror əməliyyatının zamanı yetişib...” - Video

Siyasət

16 Mart 2023 18:45 1990


Son günlər Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşması barədə müxtəlif məlumatlar yayılır.

Erməni mediasında  yer alan xəbərlərdə yaxın vaxtlarda döyüşlərin başlanacağı bildirilir. Həmçinin Ermənistan ikinci və üçüncü müdafiə xəttini gücləndirmək məqsədilə səngərlər qazır. Bu barədə Ermənistan Teleqram kanallarında görüntülər paylaşılıb. Bildirilib ki, müxtəlif istiqamətlərdə 25 atəş nöqtəsi inşa olunub, daha 25-nin də tikintisi davam edir. Bütün bu informasiyalar fonunda Azərbaycan-Ermənistan şərti sərhədində atışmaların intensivləşməsi xüsusilə diqqət çəkir. Demək olar ki, son günlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri, həmçinin Qarabağdakı qanunsuz silahlı birləşmələr Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutur.

Ən pisi isə odur ki, bütün bunlar Qarabağa müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının gözü qarşısında baş verir. Belə olan halda sual yaranır ki, Ermənistanın Ordumuza qarşı hərbi təxribatları yenidən müharibəyə səbəb ola bilərmi?  Pepperoni pizza

Moderator.az-ın məsələ ilə bağlı suallarını hərbi ekspert Elxan Şıxəliyev cavablandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!