“Azərbaycan əgər belə demək mümkündürsə Qarabağda tamamilə yeni hərbi praktikanı uğurla tətbiq etdi. Başqa sözlə, IV sənaye inilabı anlayışından istifadə etsək, IV hərbi inqilab etdi. Bu hərbi inqilab iqtisadiyyatın mülkü sektorunda IV sənaye inqilabının sürətlənməsinə təkan verəcək”.
Yenisabah.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov Vətən Müharibəsindəki qələbəmizdən danışarkən deyib.
Rektor xatırladıb ki, təqribən 1 il əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda IV Sənaye İnqilabının Bakı ofisinin yaradılması üçün razılaşma imzalamışdı: pizza hut
“Hazırda bu istiqamətdə çiddi işlər davam etdirilir. Başqa sözlə, IV sənaye inqilabına uyğun olaraq rəqəmsallaşma iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Bu amili, habelə Qarabağın mövcud resurs və imkanlarını, münbit şəraitini, coğrafi mövqeyini, sərhədlərini və eləcə də Qarabağın relyefini nəzərə alaraq “Qarabağ İnnovasiya Mərkəzinin” yaradılmasını məqsədəuyğun hesab edirik.
Bu mərkəz ilk növbədə dövlət xidmətlərinin rəqəmsallaşdırılmasını önə çəkməli, istehlakçılar yerləşdiyi yerdə xidmətlərdən istifadə etmək imkanı əldə etməlidirlər.
Şübhəsiz ki, yuxarıda dediyim səbəblərdən “Teletibb xidmətlərinin” Qarabağda geniş tətbiqi məsələsi gündəmə gətirilə bilər”.
“Təhsil sektorunu təmsil etdiyim üçün təhsil sektoru haqqinda deməyə bilmərəm. Düşünürəm ki, “Qarabağ” Universitetinin yaradılması vaxtıdır! Bu universitet əksər mütəxəssislər tərəfindən gələcəyin təhsil modeli kimi qəbul edilən qarışıq təhsil modeli (online = offline) əsasında qurulmalıdır. Qarabağ Universitetinin özəlliyi həm də xaricdə yaşayan azərbaycanlı professorların və tədqiqatçıların cəlb edilməsi ola bilər. Bir sözlə, “Rəqəmsal Qarabağ” Dövlət Proqramına ehtiyac duyulur”,- Ədalət Muradov əlavə edib.
Telegram kanalımız