"Qaraca qız" filminin Tutusu illər sonra ekran qarşısına çıxıb.
Yenisabah.az xəbər verir ki, Tutu obrazını canlandıran Sevil Zeynalova "ATV səhər"in kamerası qarşısına keçib.
Heç vaxt efirlərə çıxmayan aktrisa yalnız bir dəfə filmə çəkilməsinin səbəbini açıqlayıb: pizza sifarişi
"Hər zaman filmə baxanda ağlayıram. Elə baxıram ki, sanki o, mən deyiləm. Onun taleyinə yanıram. Onun taleyi acı, ürəyi böyükdür. Ondan sonra çox filmə dəvət olundum, atam dedi ki, olmaz. Bir dəfə çəkildi bəsidir. Uşaqlıq illərim qayğılı olub. İstənilən övlad idim. İncəsənət universitetində 40 il müəllimə işlədim. Hazırda təqaüdə çıxmışam".
Telegram kanalımız