“Qaş düzəldən yerdə vurub göz çıxarmaq” - Estetik əməliyyatların fəsadları

saytların hazırlanması

Evə çatdırılma

“Qaş düzəldən yerdə vurub göz çıxarmaq” - Estetik əməliyyatların fəsadları

Sağlamlıq

11 Yanvar 2024 22:16 1893


Türkiyədə rinoplastika əməliyyatından sonra qanında mikrob aşkarlanan qadının hər iki ayağı amputasiya edilib.

Stüardessa işləyən 36 yaşlı Sevinç Çelik adlı qadın burnunda yaranan problemi plastik əməliyyatla düzəltməyə qərar verib. Kadıköydə özəl xəstəxana seçən Çelik 2 may 2014-cü ildə əməliyyat olub.

Məlumata görə, əməliyyatdan sonra şiddətli ağrılar yaşayan Çelikin ayaqları qanına mikrobun qarışması nəticəsində amputasiya edilib. Səhhəti ilə bağlı maddi təzminat istəyən qadının tələbi 10 ildir ki, yerinə yetirilməyib. Dominos pizza

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini Aydın Əliyev bildirib ki, əvvəllər estetik əməliyyatlar bu qədər edilmirdi və insanlar bu barədə məlumatsız idi. Onun sözlərinə görə, əməliyyatlara tələbat az olduğundan onun qiymətləri də yüksək olub:

“Lakin bu sahəyə tələbat artdığına görə hazırda həkimlər arasında rəqabət var və bu da qiymətləri daha münasib edir. Qiymətlər aşağı olduğu üçün isə insanlar daha çox estetik əməliyyat etdirə bilirlər. Onsuz da bütün əməliyyatlarda risk var. İstisnasız olaraq ən yüngül hesab etdiyimiz əməliyyatda belə risk mövcuddur. Amma xalq dilində belə bir söz də var ki, “gözəllik qurban tələb edir”. Xüsusən, xarici görünüşünə çox diqqət edən kompleksli insanlar ətrafında olanların rəyinə çox önəm verir. Yəni onlar bu barədə məlumatlandırılsalar da, estetik əməliyyat etdirirlər”.

Həkimə görə, cərrahi müdaxilələrdən əvvəl daim əməliyyatqabağı hazırlıq olur:

“Bu çox ciddi məsələdir. Xəstənin bütün göstəriciləri, analizləri dəqiq təhlil edilməli, öyrənilməlidir. Bütün bunlara rəğmən, yenə də xəstənin vəziyyəti ağırlaşa bilər, lakin biz bu halların qarşısını almaq üçün daha ciddi tədqiqatlar aparmalıyıq”.

Nigar İLQARQIZI


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!