Qazanxanadan 135 minlik avadanlıq oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

Qazanxanadan 135 minlik avadanlıq oğurlandı

Kriminal

02 May 2019 10:01 808


Nəsimi rayonunda yerləşən şirkətlərdən birinin qazanxanasından oğurluq edilib.

DİN-dən "Yeni Sabah"a verilən məlumata görə, zərərçəkən şirkət rəhbərliyi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək qazanxanadan naməlum şəraitdə dəyəri 135000 manat olan istilik sistemləri və avadanlıqlarının oğurlandığını bildirib. Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Eldəniz Abbasov və Bərdə rayon sakini Vüsal Məmmədov saxlanılıblar.

Saxlanılan şəxslər ifadələrində etdikləri oğurluğu etiraf ediblər. Onlar izahatlarında əldə etdikləri avadanlıqların bir qismini satdıqlarını bildiriblər.  pizza mizza

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb. E. Abbasov və V.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!