“Qəbələ“ gürcüstanlı futbolçu transfer etdi

saytların hazırlanması

Evə çatdırılma

“Qəbələ“ gürcüstanlı futbolçu transfer etdi

İdman

27 İyun 2019 13:41 1309


“Qırmızı-qaralar” gürcüstanlı futbolçu Merab Qiqaurini heyətinə qatıb. 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

2019-20 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

"Yeni Sabah" xəbər verir ki, “qırmızı-qaralar” gürcüstanlı futbolçu Merab Qiqaurini heyətinə qatıb. Sezar pizza

26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Qiqauri Kutaisi “Torpedo”sunun yetirməsidi. O, 2010-14 və 2017-19-cu illərdə bu klubda çıxış edib. Merab Gürcüstanda “Metallurq” (2014), “Sxinvali” (2014-15), “Kolxeti” (2015-16) və “Rustavi” (2016-17), Polşada “Yagelloniya”da (2011-12) çıxış edib. Yarımmüdafiəçi cari mövsümdə ölkə çempionatının 19 oyununda meydana çıxıb. Gürcüstanın U-17, U-19 və U-21 yığmalarında oynamış futbolçu əsas millidə 1 oyun keçirib.

Qeyd edək ki, “Qəbələ” Qiqauriyə qədər Kamal Mirzəyev, Sadiq Quliyev və Fernan Ferreyra Lopeslə müqavilə imzalayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!