Qəbizlik probleminin qəti həlli: Tıxanmış bağırsaqları mühərrik kimi işlədir

saytların hazırlanması

Evə çatdırılma

Qəbizlik probleminin qəti həlli: Tıxanmış bağırsaqları mühərrik kimi işlədir

Sağlamlıq

10 Yanvar 2024 16:20 1904


Qəbizlik çox insanın qarşılaşdığı zəhlətökən bir problemdir. Bu ümumi hala qarşı təbii həll yolları daim axtarılır.

Bağırsaqlarda tıxanmanı aradan qaldırmaq və onların düzgün işləməsini təmin etmək üçün çox üsullar var.

Yenisabah.az qəbizliyi aradan qaldıran təbii üsulu təqdim edir: pizza hut

Tərkibindəki yüksək lif sayəsində bağırsaq hərəkətlərini sürətləndirən kivinin tərkibində bağırsağa müsbət təsir göstərən aktinidin adlı ferment var. Müntəzəm kivi yemək qəbizlik problemi olan şəxslərdə əhəmiyyətli bir yaxşılaşma təmin edir. O, qarın ağrısı və qaz şikayətlərinin aradan qaldırır.

Salatalara və qəlyanaltılara kivi əlavə etməklə qəbizliyin qarşısının alınmasına və müalicəsinə töhfə verə bilərsiniz. Bundan əlavə, kivi qabıqları lif, fol turşusu və E vitamini ilə zəngindir. Kivinin tərkibindəki antioksidanların çoxu qabıq hissəsində olur.

Kivi qabığı çox yaxşı C vitamini və E vitamini mənbəyidir. E vitamini sərbəst radikallarla mübarizə apararkən, C vitamini qan dövranında oksidləşdirici zərərlə mübarizə apara bilər.

Yetkin bir insanın bağırsaq fəaliyyətinin normal işləməsi üçün gündə 22-34 qram lif lazımdır. Bu miqdardan az lif qəbul edənlər tez-tez qəbizlik problemi ilə qarşılaşa bilərlər. Qəbizliyin qarşısını almaq üçün adekvat və balanslaşdırılmış qidalanma proqramına əməl edə və qəbizlik üçün faydalı olan liflə zəngin qidalarla pəhrizinizi dəstəkləyə bilərsiniz. Bu siyahıya mütləq kivi meyvəsini əlavə etməlisiniz.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!