Qəzaya düşən Hacı Mazandan yeni xəbər var

saytların hazırlanması

Evə çatdırılma

Qəzaya düşən Hacı Mazandan yeni xəbər var

Hadisə

18 Dekabr 2019 15:11 1294


İyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunda ağır qəzaya düşən iş adamı Hacı Mazan (Ramazan Əliyev) Almaniyada müalicəsini davam etdirir.

"Yeni Sabah" xəbər verir ki, Hacı Mazannın oğlu Bayram Zeynalov unikal.org-a çıqlamasında bildirib ki, atasının səhhətində irəliləyiş var:

"Allaha çox şükür yaxşıdır. Almaniyada müalicəsi davam etdirir. Onun vəziyyəti stabilləşib, alqalıdır və danışa bilir". Dördpendirli pizza

Xatırladaq ki, iyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olan Masallı rayonu, Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti "Range Rover”ində qəzaya uğrayıb. Nəticədə o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonra isə Hacı Mazan yaxınlarının istəyilə Bakı şəhərindəki Tədris Cərrahiyə Klinikasına gətirilib, elə həmin gün də üzərində cərrahiyyə əməliyyatı aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!