Qəzetlərin maliyyələşməsi şərtləri dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Qəzetlərin maliyyələşməsi şərtləri dəyişdi

Sosial

06 Mart 2019 17:02 747


Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. 

Fonddan “Yeni Sabah”a verilən məlumata görə, iclasda2019-cu ilin II rübü üzrə KİV-ə maliyyə yardımı müsabiqəsinin şərtlərinə yeni əlavə edilib: 

İclasda icraçı direktor Vüqar Səfərli bildirib ki, çap mediasının müasir dövrün tələblərinə uyğun olaraq müasirləşdirilməsi, cəmiyyətdəki nüfuz və mövqelərinin möhkəmləndirilməsi məqsədilə Fondun 31 yanvar 2019-cu il tarixli iclasında qəzetlərin tirajı və yayımı ilə bağlı şərtlərdə dəyişikliklər edilib.  pizza hut

V.Səfərli qeyd edib ki, fevral ayından etibarən qüvvədə olan həmin dəyişikliklərə əsasən, 2019-cu ilin II rübü üzrə Fondun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. 

V.Səfərli xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tirajın minimum 3000, satış və abunənin isə minimum 1500 nüsxə müəyyənləşdirildiyini xatırladıb. 

İcraçı direktor bildirib ki, fevral ayının yekunları ilə bağlı Fonda təqdim olunan hesabatlar 2019-cu ilin I rübündə layihələri maliyyələşdirilən xeyli sayda qəzetin tiraj və yayımla bağlı yeni şərtləri yerinə yetirmək imkanında olmadığını göstərib. Vüqar Səfərli bununla əlaqədar 2019-cu ilin II rübü üzrə KİV-ə maliyyə yardımı müsabiqəsinin elanının şərtlərinə yeni əlavənin edilməsi təklifinin müzakirəsinə obyektiv zərurətin yarandığını qeyd edib. 

İcraçı direktor bildirib ki, həmin əlavəyə əsasən, son üç ildə müntəzəm nəşr olunan, müsabiqə elan olunan günədək Fondun maliyyələşmə şərtlərini yerinə yetirən, səhifələrinin sayı 24-dən (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan həftəlik, o cümlədən mövcud şərtlərlə fəaliyyətini davam etdirə bilmədiyinə görə həftəlik nəşr olunacaq gündəlik ictimai-siyasi qəzetlərə də müəyyən tələblər çərçivəsində maliyyə yardımının ayrılması təklif olunur. 

İcraçı direktor, həmçinin vurğulayıb ki, 2019-cu il aprelin 1-dən bu formatda çıxan qəzetlərin yalnız mətbəə xərcləri (kağız və çap xərcləri) Fond tərəfindən ödəniləcək. Aprel-may ayının yekun hesabatına əsasən qeyd olunan şərtlərə əməl etməyən qəzetlərin mətbəə xərclərinin ödənişi dayandırılacaq.  

Təklif səsə qoyularaq yekdilliklə qəbul edilib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!