“Qırmızı Körpü” gömrük postunda yüzlərlə avtomobil gözləyir

saytların hazırlanması

Evə çatdırılma

“Qırmızı Körpü” gömrük postunda yüzlərlə avtomobil gözləyir

Rəsmi

23 Dekabr 2023 19:58 1187


Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 827 avtomobil gözləyir.

Yenisabah.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 4, “Biləsuvar” gömrük postunda 65, “Qırmızı Körpü” gömrük postunda 827, “Mazımqara” gömrük postunda 53, “Samur” gömrük postunda 28 və “Xanoba” gömrük postunda 7 yük maşını var. pizza

AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!