“Qırmızı şeytanlar”dan “Liverpul”a atmaca

saytların hazırlanması

Evə çatdırılma

“Qırmızı şeytanlar”dan “Liverpul”a atmaca

İdman

09 İyul 2025 14:56 303


“Mançester Yunayted”in keçmiş futbolçusu Patrik Evra “Liverpul”a söz atıb.

Yenisabah.az xəbər verir ki, fransız veteran “adanın ən nəhəng klubu kimdir?” sualına maraqlı cavab verib:

“Məncə, bu sualın cavabı çox sadədir. Yəqin ki, siz “Mançester Yunayted”-“Liverpul” rəqabətini nəzərdə tutursunuz. Bu klubların çempionluq sayı eynidir. Amma bir şeyi yaddan çıxarmayaq. “Mançester Yunayted” çempion olanda liqadakı dominantlığı hiss edilirdi. Həm də biz bunu edəndə rəqiblərimiz xeyli güclü idi. “Liverpul”un çempionluğunda isə komandalar seldən sonrakı ölü balıqlara bənzəyirlər”. Pepperoni pizza

Qeyd edək ki, İngiltərə Premiyer liqasında “Mançester Yunayted” və “Liverpul”un hərə 20 çempionluğu var. “Mankuniyanlar” bu kubokların çoxunu 21-ci əsrdə, “mersisaydlılar” isə 20-ci əsrdə əldə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!