Qiymətlər nə vaxt ucuzlaşacaq? – Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Qiymətlər nə vaxt ucuzlaşacaq? – Açıqlama

İqtisadiyyat

16 İyul 2019 17:30 1382


İndiyədək məhsul yığılan sahələrin əksəriyyəti istixana üsulu ilə əkin aparılmış sahələrdir. Havanın əlverişsiz keçməsi məhsul yetişən açıq sahələrdən yığımı çətinləşdirir, nəticədə bazarlara məhsul təklifi azalır.

“Yeni Sabah” xəbər verir ki, bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

V.Hüseynov bildirib ki, yağıntıların azalması məhsulun kütləvi yığımına şərait yaradacaq: “Kütləvi yığım başladıqdan sonra açıq sahə məhsulunun bazara çıxarılması sürətlənəcək. Bundan sonra qısa müddətdə qiymətlərin nəzərəçarpacaq dərəcədə ucuzlaşacağı gözlənilir”. Dominos pizza

Vüqar Hüseynovun sözlərinə görə, bu cür hallara əvvəlki illərdə də rast gəlinib: “Məsələn, 2017-ci ildə hava şəraitindən asılı olaraq, pomidorun yetişmə fazası gec başlamışdı və hava şəraitinin normallaşması ilə qısa müddətdə təklif artmış, qiymətlər ciddi şəkildə aşağı düşmüşdü”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!