Qızılın qiyməti tarixi maksimumu yenilədi

saytların hazırlanması

Evə çatdırılma

Qızılın qiyməti tarixi maksimumu yenilədi

İqtisadiyyat

06 Oktyabr 2025 20:18 484


Nyu York Ticarət Birjasının bölməsi olan "Comex"də 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçersləri bir troya unsiyası üçün 3 980 ABŞ dollarına qədər bahalaşaraq tarixi maksimumu yeniləyib.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bunu ticarət məlumatları təsdiqləyir.

Eyni zamanda, 2025-ci ilin dekabr ayı üçün gümüş fyuçersləri bir unsiya üçün 48,58 dollara (0,32 % artaraq) satılıb. Pepperoni pizza

Xatırladaq ki, bazar ertəsinə keçən gecə qızıl ilk dəfə 1 troya unsiyası üçün 3 950 ABŞ dollarını ötərək tarixi ən yüksək həddinə çatmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!