Vəsvəsə insanların həyatına birbaşa təsir edən, bəzilərində isə həyatı yaşanmaz hala gətirən xəstəlikdir. Bu xəstəliyin simptomları çoxdur və hər bir insanda müxtəlif formada biruzə verir.
Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, qızartı, üşümək, qorxu, başgicəllənmə, səbəbsiz yerə ürəyin sürətlə döyünməsi, tez-tez ayaqyoluna getmə, tənəffüsdə yaranan çətinlik, əllərdə və ayaqlarda uyuşma, qarın ağrısı və ürək bulanma - bunlar hamısı vəsvəsənin əlamətləridir.
Mütəxəssislərin fikrincə, belə olan halda, xəstəlikdən müalicə olunmağın yolu bədəndə vəsvəsənin mövcudluğunu qəbul etmək və psixoloqa müraciət etməkdir. Bu zaman psixoloq xəstəliyin hansı növü olduğunu müəyyən edir və ona uyğun müəyyən terapiyalar ilə müalicələr həyata keçirir. pizza
Telegram kanalımız