Qran-Pridə iştirak edəcək cüdo heyəti açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Qran-Pridə iştirak edəcək cüdo heyəti açıqlandı

İdman

11 İyun 2019 12:08 1300


Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək cüdo üzrə Qran-Pridə Azərbaycanı kişilərin yarışında 14 idmançı təmsil edəcək.

“Yeni Sabah” xəbər verir ki, iyulun 26-28-də keçiriləcək turnirdə Kəramət Hüseynov, Oruc Vəlizadə (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, İsmayıl İbrahimov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Murad Fətiyev, Araş Ağayi (hər ikisi 81 kq), Aliumar Tumayev, Məmmədəli Mehdiyev (hər ikisi 90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri, Rüstəm Kotsoyev (hər ikisi 100 kq-dan yuxarı) mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirdə 49 ölkədən 250-yə yaxın cüdoçu birincilik uğrunda mübarizə aparacaq. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!