Qubada qarın hündürlüyü 14 santimetrə çatıb

saytların hazırlanması

Evə çatdırılma

Qubada qarın hündürlüyü 14 santimetrə çatıb

Rəsmi

03 Noyabr 2019 08:24 1064


Azərbaycanın şimal bölgəsində yerləşən Quba və Qusar rayonlarının bir sıra dağlıq yaşayış məntəqələrinə qar yağıb.

“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, Qubanın dağ kəndləri olan Xınalıq, Qrız, Xaltan və Qonaqkənd kəndləri ağ örpəyə bürünüb. Ən çox yağıntı Qubanın Xınalıq və Qırız kəndinə düşüb. 

Belə ki, kəndlərdə qarın hündürlüyü 14 santimetrə çatıb. Hər iki kənddə temperatur mənfi 10 dərəcəyədək aşağı düşüb.  Sezar pizza

Xaltan kəndindəki dağlarda isə qarın hündürlüyü 4 santimetr təşkil edir, temperatur kəskin dəyişməyib. Qonaqkənd qəsəbəsinə isə az miqdarda qar yağıb.

Həmçinin, Qusarın Ləzə kəndinə də qar yağıb. Qarın hündürlüyü 10 santimetr, temperatur 10 C° təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!