Rafael Dadaşovdan yeni xəbər var

Rafael Dadaşovdan yeni xəbər var

Hadisə

15 Dekabr 2019 13:14 883


Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti Rafael Dadaşov bir neçə dəqiqə öncə evə buraxılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Lent.az-a açıqlamasında tanınmış aktyorun özü deyib: "Şükürlər olsun ki, vəziyyətim indi normaldır. Amma müalicəmi ev şəraitində davam etdirəcəm. Mənə diqqət göstərən hər kəsə, Mərkəzi Neftçilər Xəstəxanasının bütün işçilərinə minnətdaram".

Qeyd edək ki, R. Dadaşov dekabrın 2-də ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!