Rasim Balayev: Niyyətimiz fəxri ad almaq deyil

saytların hazırlanması

Evə çatdırılma

Rasim Balayev: Niyyətimiz fəxri ad almaq deyil

Mədəniyyət

02 Avqust 2024 19:59 4931


Fəxri ad məsələsi başqa ölkələrdə məna kəsb eləmir.

Yenisabah.az apa.az xəbər verir ki, bu fikirləri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev deyib.

O, sözügedən məsələni qardaş Türkiyə ilə müqayisə edib. pizza mizza

“Türkiyədə mənə sual verdilər ki, bu nədir? Bu adlar nəyə gərəkdir? Mən birtəhər izah etdim. Cavabında dedilər ki, bizdə iki qisim sənətçi var: zəngin və yoxsul. Əgər adam çox filmə çəkilirsə, zəngindir, çəkilmirsə, deyil. Dediyim odur ki, bu gün bizim niyyətimiz ad almaq deyil. Xeyr. Bu, sovet stimulu idi. Məqsədimiz indi bu deyil və olmamalıdır”,- o əlavə edib.

İttifaq sədri Azərbaycan filmində son illərdə baş verən durğunluğa təəssüf hissi ilə toxunub: “Bu zaman içərisində bəzən müəyyən fəxri ad alan şəxsləri, təəssüf ki, sonralar heç bir filmdə, layihədə görə bilmirik. Onda biz çətin vəziyyətə düşürük”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!