REAL-ın sabiq üzvü, tarixçi alim Altay Göyüşov müxalifəti tənqid edib.
“Yeni Sabah”ın məlumatına görə, A.Göyüşov sosial şəbəkədəki hesabında bildirib ki, Ümid Partiyasının sədri İqbal Ağazadə 2013-cü ildə keçirilən prezident seçkilərində İlham Əliyevi dəstəkləyib, indi də Milli Şuranın sədri Cəmil Həsənli və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ilə birgə müxalifətin tədbirində bir yerdə oturub.
O, 2013-cü ildə Milli Şuradan istefa verən Eldar Namazov barəsində də danışıb. Deyib ki, E.Namazov 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyevi dəstəkləyib: “REAL Partiyasının sədri İlqar Məmmədov da həbsdən çıxandan sonra Eldar Namazovla görüşüb, şəkil paylaşıb, məsləhətləşmələr aparıb. Məncə, elə siz də İlham Əliyevi dəstəkləyin, məsələ bitsin”. pizza sifarişi
Göyüşovun paylaşımında adı keçən siyasətçilərin cavabı isə belə olub.
REAL-ın sədri İlqar Məmmədov: “Bu çağırışınızı məmnuniyyətlə rədd edirəm. Kim İlham Əliyevi seçir, özü bilər. Mən ona məhkəmədə qalib gəldim, seçkidə də qalib gələcəm”.
Milli Şuranın sədri Cəmil Həsənli: “Bütün hallarda haqlı iraddır, nəzərə almaq lazımdır”.
Ümid Partiyasının sədri İqbal Ağazadə: “ Statusunuzla bağlı böyük yanlışlığa yol vermisiniz. Mən heç vaxt , heç bir çıxış və mövqeyimdə İlham Əliyevi dəstəkləməmişəm. Şəxsimlə bağlı iradınız varsa, məni sevmirsinizsə, hörmət etmirsinizsə sizə deyəcək nəsə sözüm yoxdur. Buna borclu deyilsiniz. Lakin yolumla bağlı yalan və böhtanlara cavab verməyə, doğru olub-olmamasını sizinlə dartışmağa hazıram. İstəsəniz açıq dioloq edək və sosial şəbəkədəki dostlar da iştirak etsin. Mən addımlarıma və siyasi kursuma cavab vermək və arxasında dayanmaq iqtidarındayam”.
Telegram kanalımız